...

Şirvan elektrik stansiyası elektrik enerjisi istehsalını artırıb

Energetika Materials 22 İyul 2010 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Yanvar-iyun aylarında Şirvan istilik elektrik stansiyası 1,2 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edib ki, bu da proqnozlaşdırılandan 28,1 milyon kilovat-saat çoxdur. Bu barədə cümə axşamı "Azərenerji" ASC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, iyunda stansiyada 137,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bu da proqnozlaşdırılandan 770 min kilovat-saat çoxdur.

Şirvan istilik elektrik stansiyası hər birinin gücü 150 meqavat olan yeddi blokdan ibarətdir və Avropada ilk açıq tipli stansiyadır. Stansiya 1962-ci ildən istismarda olduğu üçün avadanlıqları köhnəlib.

Xəbər lenti

Xəbər lenti