...

İranın neft məhsulları bazarı daxili istehsal hesabına tam təmin olunur- neft nazirinin müavini

Energetika Materials 18 Sentyabr 2010 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / Trend, müxbir A.Yusifzadə /

Hazırda İranın neft məhsulları bazarına tam nəzarət olunur və daxili istehsal hesabına təmin olunur. Bu barədə İranın milli neft-kimya şirkətinin icraçı direktoru, neft nazirinin müavini Əbdülhüseyn Bayat məlumat verib. Xəbəri Mehr agentliyi yayıb.

Bayat bildirib ki, İranın altı neft emalı müəssisəsində sutkada 19 milyon litrədək Super markalı benzin istehsal olunur.

İranın altı neft emalı zavodunda benzin istehsalını təmin etmək üçün neft-kimya məhsulalrının ixracının əsas hissəsi azaldılıb.

Onun sözlərinə görə, bu ilin martından (İranda yeni il martın 21-dən başlayır) bu günədək 9,3 milyon tonadək benzin ixrac edilib.

Benzin tədarükü ilə məşğul olan bəzi xarici şirkətlərin İrana qarşı sanksiyaların tətbiqindən sonra yaranan vəziyyətdən sui-istifadə etməsinə və benzin tədarükünü dayandımalarına baxmayaraq, ölkədə neft-kimya məhsullarının qıtlığı müşahidə olunmur.

İrana qarşı iqtisadi sanksiyalar heç bir nəticə vermədiyini göstərdi. Milli neft-kimya şirkətinin icraçı direktoru deyib ki, bir sıra xarici şirkətlər İrana benzin tədarükünü adi rejimdə davam etdirməyə hazır olduqlarını bildiriblər. Hazırda zərurət yaranacağı halda digər neft-kimya komplekslərində də benzin istehsal edilməsi imkanları nəzərdən keçirilir.

Xəbər lenti

Xəbər lenti