...

TƏPH iştirakçıları onun reallaşdırılmasının sürətlənməsini nəzərdə tutan sənəd imzalayıblar

Energetika Materials 21 Sentyabr 2010 12:33 (UTC +04:00)
Aşqabadda Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistanın sahə nazirlərinin rəhbər komitələri səviyyəsində (TƏPH) qaz kəmərinin tikintisi üzrə çərçivə sazişi imzalanıb. Bu barədə bügünkü yekun məlumatda deyilir.
TƏPH iştirakçıları onun reallaşdırılmasının sürətlənməsini nəzərdə tutan sənəd imzalayıblar

Türkmənistan, Aşqabad, 21 sentyabr /Trend, müxbir H.Həsənov/

Aşqabadda Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistanın sahə nazirlərinin rəhbər komitələri səviyyəsində (TƏPH) qaz kəmərinin tikintisi üzrə çərçivə sazişi imzalanıb. Bu barədə bügünkü yekun məlumatda deyilir.

"İndi qarşıda sənədin dövlətdaxili prosedurlara uyğun razılaşdırılması durur", - məlumatda bildirilir.

Bundan əvvəl xəbər verilmişdi ki, dekabrda Aşqabadda layihə iştirakçısı olan ölkələrin rəhbərlərinin görüşünün keçirilməsi planlaşdırılıb ki, burada Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan hökumətləri arasında TƏPH qaz layihəsinin tikintisinin reallaşdırılması haqqında saziş imzalanacaq.

Həmin sazişin layihəsi bu günlərdə Aşqabadda dörd dövlətin rəhbər komitələrinin iclasında müzakirə olunub və razılaşdırılıb. İclasda sahə nazirliklərinin rəhbərləri, eləcə də Asiya İnkişaf Bankının (AİB) nümayəndələri iştirak ediblər.

Məlumatda o da bildirilir ki, sahə şirkətlərinin rəhbərləri təbii qaz alqı-satqısı müqaviləsinə əlavəyə dair protokol imzalayıblar və texniki işçi qrupun və TƏPH rəhbər komitəsinin oktyabr-noyabrda növbəti iclasının qrafikini razılaşdırıblar. Həmin iclasda sazişin yekun variantı hazırlanacaq.

Məlumata görə, iştirakçılar "Bu transmilli infrastruktur layihənin son dərəcə vacib olduğunu, onun nəinki Türkmənistandan təbii qazın Cənubi Asiyanın iri ölkələrinə uzunmüddətli ixracını nəzərdə tutduğunu, həm də Asiya regionunun davamlı sosial-iqtisdai inkişafı, sülhün və sabitliyin möhkəmləndirilməsi üçün güclü təkan olacağını" yekdilliklə qeyd ediblər.

"Bu layihənin xüsusi aktuallığını nəzərə alaraq, orada iştirak edən bütün ölkələrin nümayəndələri onun reallaşdırılmasının sürətləndirilməsi ilə bağlı istəklərini ifadə ediblər", - məlumatda bildirilir.

Qaz kəmərinin uzunluğu 1 680 kilometr, layihə üzrə gücü isə ildə 30 milyard kubmetr təbii qaz təşkil edir. Marşrut Herat və Qəndahar (Əfqanıstan) və Kvetta (Pakistan) ərazisindən keçməklə, Türkmənistanın Dövlətabad yatağından Hindistan-Pakistan sərhədindəki Fazlakaya kimi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti