Bakı. Trend:
Britaniyalı “McLaren” pilotu Lando Norris “Formula-1” üzrə Braziliya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.
Trend xəbər verir ki, yarış “İnterlaqos” trekində baş tutub. “Mercedes” komandasının pilotu Kimi Antonelli ikinci, “Ferrari”dən Şarl Lekler isə üçüncü yeri tutub.
Qeyd edək ki, Braziliya Qran-prisinin əsas yarışı noyabrın 9-da keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
