...

ABŞ-də avtomobil piyadaları vurub

Dünya xəbərləri Materials 9 Noyabr 2025 00:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Florida ştatının Tampa şəhərində baş verən yol qəzası nəticəsində azı dörd nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə “ABC News” telekanalı yerli polisə istinadən məlumat yayıb.

Bildirilib ki, sürücü idarəetməni itirərək avtomobili binaya çırpıb.

Polisin məlumatına görə, xəsarət alanlardan üçü hadisə yerində, biri isə xəstəxanada həyatını itirib. Yaralılardan birinin vəziyyəti kritik, digər səkkiz nəfərin vəziyyəti isə stabil qiymətləndirilir. Yüngül xəsarət alan iki nəfərə hadisə yerində tibbi yardım göstərilib.

22 yaşlı sürücü Saylas Sempson qəza yerində saxlanılıb. Onun küçə yarışlarında iştirak etdiyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti