...

"Nabukko" qaz kəməri layihəsi üzrə investisiya qərarı gələn il qəbul ediləcək

Energetika Materials 8 Oktyabr 2010 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir E.İsmayılov/

"Nabukko" boru kəməri layihəsi üzrə investisiya qərarı 2011-ci ildə qəbul ediləcək. Bu barədə cümə günü "Reuters" agentliyi Avstriyanın "OMV" enerji şirkətinin beynəlxalq qaz nəqliyyat layihələrinin rəhbəri Mixail Ulbrixə istinadən məlumat yayıb.

"Biz, əlbəttə, cari ildə bu məsələnin həll edilməsini çatdıra bilməyəcəyik", - Ulbrix deyib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəmərinin tikintisinə 2012-ci ildə başlanması nəzərdə tutulub. İlk tədarüklərə 2015-ci ildə start veriləcək. Kəmərin ilkin maksimum gücü ildə 31 milyard barel təşkil edəcək.

"Biz layihə səylərimizi tədarükçülərlə razılaşdırırıq. Səhmdarlar investisiya qərarının qəbulu üçün vacib olan ixrac üzrə müqavilələrin əldə olunmasına çalışırlar", - "Reuters"in məlumatına görə, "Nabukko" konsorsiumunun rəsmi nümayəndəsi Kristian Dolezal bildirib.

"Nabukko" qaz kəmərinin tikintisi iki əsas fazanın gedişində həyata keçiriləcək. Tikintinin birinci fazasına (2011-ci il) Türkiyə sərhədindən başlayaraq Avstriyanın Baumqarten şəhərində başa çatan 2 min kilometr uzunluğunda boru kəmərinin çəkilişi daxildir. İkinci fazaya (2014-2015-ci illər) boru kəmərinin Türkiyə və Gürcüstan, eləcə də Türkiyə ilə İraq arasında yerdə qalan hissəsinin tikintisi daxildir.

"Nabukko" qaz kəmərinin uzunluğu 2730 kilometr olan birinci hissəsinin tikintisinə Ankaranın (Türkiyə) cənub hissəsindən başlanacaq və qərb istiqamətində Mərkəzi Anadolu və Mərmərə dənizindən keçərək Bolqarıstan sərhədinədək uzanacaq. Bu marşrutun 75 faizi mövcud boru kəmərləri vasitəsilə çəkiləcək.

Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti