...

Avropa Komissiyası INOGATE Texniki Katibliyinin müqaviləsini 17 milyon avro həcmində qiymətləndirib

Energetika Materials 6 Aprel 2011 13:23 (UTC +04:00)
Avropa Komissiyası "Bakı təşəbbüsü"nün və "Şərq tərəfdaşlığı"nın enerji məqsədlərinin dəstəklənməsi üçün INOGATE Texniki Katibliyinin yenilənməsi proqramı üzrə müqavilənin dəyərinin ilkin variantını açıqlayıb.
Avropa Komissiyası INOGATE Texniki Katibliyinin müqaviləsini 17 milyon avro həcmində qiymətləndirib

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Y. Ostapenko

Avropa Komissiyası "Bakı təşəbbüsü"nün və "Şərq tərəfdaşlığı"nın enerji məqsədlərinin dəstəklənməsi üçün INOGATE Texniki Katibliyinin yenilənməsi proqramı üzrə müqavilənin dəyərinin ilkin variantını açıqlayıb. Müqavilə 17 milyon avro həcmində qiymətləndirilib. Trend-in məlumatına görə, bu barədə ENPI informasiya resursu yazır.

Layihənin məqsədi INOGATE Texniki Katibliyinin əvvəllər ayrı-ayrı müqavilələr çərçivəsində həyata keçirilən proqramların ənənəvi vəzifələrə inteqrasiyası və texniki məsləhətləşmələrlə koordinasiyası yolu ilə rolunun artırılmasıdır.

Kiyevdə yerləşən INOGATE Texniki Katibliyi texniki mexanizmidir.

Hazırda planlaşdırılan proqram yenilənmiş INOGATE Texniki Katibliyi proqramı ölkələrinə birbaşa texniki yardımların göstərilməsini nəzərdə tutur. Aşağıdakı sahələrdə texniki yardımların göstərilməsi planlaşdırılır:

- Avropa İttifaqının daxili enerji bazarlarının prinsipləri əsasında enerji bazarlarının yaxınlaşdırılması;

- enerji təchizatı, eləcə də qaz və elektrik infrastrukturlarının effektivliyinin təminatı;

- energetika sahəsində onun davamlı inkişafına dair institusional idarəetmə, eləcə də bərpa edilən resurslardan istifadə və enerjinin effektivliyinin artırılması üzrə tədbirlər;

- energetika sahəsində iqtisadi planlaşdırma: energetika statistikasının Avropa standartlarına uyğunlaşdırılması və ondan daha geniş istifadə.

INOGATE beynəlxalq proqramı Avropa İttifaqı ilə tərəfdaş ölkələr - Ukrayna, Gürcüstan, Azərbaycan, Moldova, Qazaxıstan, Belarus, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistanla enerji sahəsində əməkdaşlığı nəzərdə tutur.

1995-ci ildə yaradılan INOGATE əvvəlcə Avropaya dövlətlərarası neft və qaz nəqli üçün Aİ mexanizminə xidmət göstərib. 2004-cü ildə Bakıda konfransdan və 2006-cı ildə Astana konfransından sonra proqramın fəaliyyət proqramı əhəmiyyətli dərəcədə genişlənib.

Hazırda INOGATE dörd əsas istiqamət üzrə fəaliyyət göstərir: enerji təhlükəsizliyini gücləndirilməsi, enerji bazarlarının yaxınlaşması, energetikanın davamlı inkişafı və enerji layihələrinə investisiyaların cəlb edilməsi.

2007-ci ildən INOGATE Avropa Qonşuluq və Tərəfdaşlıq Təşəbbüsünü (ENPI) maliyyələşdirir.

Xəbər lenti

Xəbər lenti