...

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI qaz layihəsini tam dəstəkləyirlər

Energetika Materials 1 İyun 2011 15:53 (UTC +04:00)
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın nümayəndələri Xəzər qazının maye şəklində Gürcüstanın Qara dəniz sahili vasitəsilə Şərqi Avropaya tədarükünü nəzərdə tutan AGRI layihəsini tam dəstəklədiklərini bildiriblər.
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI qaz layihəsini tam dəstəkləyirlər

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın nümayəndələri Buxarestdə "Azerbaijan-Georgia-Romania Interconnector" layihəsi üzrə nazirlərin görüşündə Xəzər qazının maye şəklində Gürcüstanın Qara dəniz sahili vasitəsilə Şərqi Avropaya tədarükünü nəzərdə tutan AGRI layihəsini tam dəstəklədiklərini bildiriblər.

"Nazirlərin görüşündə dörd ölkənin nümayəndələri tərəfdar bildiriblər ki, AGRI layihəsi üzrə texniki-iqtisadi əsaslandırma (TİƏ) mümkün qədər tez hazırlanmalıdır", - Trend-ə çərşənbə günü "AGRI LNG Co" şirkətinin idarə tərkibinin üzvü Vitali Bəylərbəyov deyib.

Onun sözlərinə görə, nazirlərin görüşündə ölkələrin nümayəndələri AGRI layihəsi üçün TİƏ-ni hazırlamaq istəyini bildirən Yaponiya, Norveç, Türkiyə və Fransanın kommersiya şirkətlərinin təqdimatlarını dinləyiblər.

"TİƏ-nin hazırlanması üçün tenderin 2011-ci ilin yazında elan edilməsi planlaşdırılır", - Bəylərbəyov bildiirb.

Hazırda AGRI LNG Co-nun Direktorlar Şurası şirkətin büdcəsi və iş proqramı üzərində işi davam etdirir, personal yığmaqla məşğul olur.

Sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıblar. Sənəddə AGRI layihəsinin TİƏ-nin 2012-ci ilin aprelindən gec olmayaraq başa çatdırılmasının zəruriliyi göstərilib. Həmçinin, TİƏ-nin hazırlanması üçün lazım olan maliyyələşdirmənin cəlb edilməsinə layihədə iştirak edən şirkətlərə dəstək göstərilməsi zəruriliyi də qeyd olunub. Sənəddə qeyd olunur ki, AGRI çərçivəsində işlərin gücləndirilməsi Azərbaycan qazının Avropa bazarlarına nəqlinin nisbətən daha qısa marşrutunun tapılmasını, Rumıniya-Macarıstan (Arad-Şeqed) interkonnektorunun yaradılmasını nəzərdə tutur.

Bundan əvvəl Rumıniyada AGRI layihəsi çərçivəsində yaradılan birgə müəssisə yeni layihənin texniki-iqtisadi əsaslandırması (TİƏ) və maliyyələşdirmə mənbələrinin axtarışı ilə məşğul olacaq. Şirkətin iştirakçıları Rumıniyanın ROMGAZ, Gürcüstanın Neft-Qaz Korporasiyası, ARDNŞ və MVM şirkətləridir. Birgə müəssisənin iştirakçılarının hər biri 25 faizlik iştirak payına malikdir.

Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilində qaz kəməri üzrə nəqlini nəzərdə tutur ki, bu qaz da xüsusi terminalda mayeləşdirilərək, tankerlərlə Rumıniyanın Konstansa limanı terminalında nəql olunacaq. Gələcəkdə maye qaz təbii qaz halına gətirilərək, ölkə ərazisində mövcud olan qaz infrastrukturu vasitəsilə Rumıniya və digər Avropa ölkələrinin qaz tələbatını ödəmək üçün istiqamətlənəcək.

Gözlənilir ki, Türkmənistan layihədə tədarükçü kimi iştirak etməklə, maye qazı sonradan onun Avropaya tranziti üçün Xəzər ilə Azərbaycana tədarük edə bilər.

Layihənin gücündən asılı olaraq, onun dəyəri 1,2 milyardla 4,5 milyard avro arasında dəyişir.

Xəbər lenti

Xəbər lenti