...

ARDNŞ və "Foster Wheeler" Azərbaycanda, regionda və dünya ölkələrindəki layihələrdə iştirak etmək üçün birgə müəssisə yaradırlar

Energetika Materials 12 İyul 2011 16:35 (UTC +04:00)
ARDNŞ ilə İsveçrənin "Foster Wheeler" şirkəti arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.
ARDNŞ və "Foster Wheeler" Azərbaycanda, regionda və dünya ölkələrindəki layihələrdə iştirak etmək üçün birgə müəssisə yaradırlar

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Çərşənbə axşamı ARDNŞ ilə İsveçrənin "Foster Wheeler" şirkəti arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Sənədə əsasən gələcək əməkdaşlıq üçün ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun maddi-texniki bazasında birgə müəssisənin yaradılması nəzərdə tutulub.

Trend-in ARDNŞ-yə istinadən yaydığı məlumata görə, sənədi ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov və "Foster Wheeler" şirkətinin baş icraçı direktoru Marko Maresko imzalayıblar.

Birgə müəssisənin əsas məqsədi həm Azərbaycanda, həm də regionda və ümumilikdə dünya ölkələrində layihələndirmə, mühəndis-texniki təminat, satınalma, tikinti və layihələrin idarə edilməsi sahələri üzrə həyata keçirilən layihələrdə iştirak etməkdən ibarətdir.

Qeyd olunub ki, "Foster Wheeler" şirkəti bu sahələr üzrə dünya miqyasında liderlərdən olub, zəngin təcrübə və potensiala malikdir.

Memorandumdan irəli gələn əməkdaşlıq çərçivəsində gələcəkdə "Foster Wheeler" şirkəti tərəfindən azərbaycanlı mütəxəssislər üçün İtaliyada təlimlərin keçirilməsi də planlaşdırılır. Bu əməkdaşlıq qabaqcıl təcrübənin öyrənilməsinə, o cümlədən yerli kadr potensialının inkişaf etdirilməsinə xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti