...

Azərbaycan enerji istehsalının ümumi həcmində alternativ mənbələrin payını artırır

Energetika Materials 1 Sentyabr 2011 13:09 (UTC +04:00)
Azərbaycanın Sənaye və Energetika Nazirliyi on il ərzində enerji istehsalının ümumi həcmində alternativ və bərpa olunan enerji mənbələrinin payını 10 faizədək artırmağı planlaşdırır.
Azərbaycan enerji istehsalının ümumi həcmində alternativ mənbələrin payını artırır

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın Sənaye və Energetika Nazirliyi on il ərzində enerji istehsalının ümumi həcmində alternativ və bərpa olunan enerji mənbələrinin payını 10 faizədək artırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Sənaye və Energetika Nazirliyinin İnvestisiyalar və sənaye obyektlərinin rekonstruksiyası şöbəsinin rəhbəri Ramiz Rzayev bildirib.

"Alternativ enerji mənbələri vasitəsilə istehsalın həcmi 600-700 meqavatadək artırılacaq", - Rzayev deyib.

Onun sözlərinə görə, nazirlik və Alternativ Enerji Mənbələri Agentliyi alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində tədbirlər planı hazırlanması ilə bağlı iş aparır.

"Bu proqram qısa, orta və 2030-cu ilədək uzunmüddətli dövr üçün tədbirlər planını əhatə edəcək", - o deyib.

Rzayevin sözlərinə görə, proqram üzərində iş gələn ilin birinci rübündə başa çatacaq.

Xəbər lenti

Xəbər lenti