...

"Azərikimya" İB kimyəvi maddələrlə çirklənmiş ərazilərini təmizləyir

Energetika Materials 6 Sentyabr 2011 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ "Azərikimya" İstehsalat Birliyinin çirkli ərazilərinin fiziki və texniki təmizliyi üçün lazımi tədbirləri görməyə Almaniyanın GICON şirkətinin metodologiyasını hazırladıqdan sonra başlayacaq. Bu barədə Trend-ə çərşənbə axşamı İB-nin rəhbəri Muxtar Babayev bildirib.

Bu gün ARDNŞ və GICON arasında İB-yə məxsus ərazilərdə kimyəvi maddələrlə çirklənmiş yerlərin təmizlənməsi haqqında əməkdaşlıq sazişi imzalanıb.

Saziş ilk növbədə təcrübə mübadiləsi və çirklənmiş ərazilərin təmizlənməsi üçün metodologiyanın hazırlanmasını nəzərdə tutur.

Babayevin sözlərinə görə, uzun illər boyunca İB-nin ərazisində kimyəvi maddələrin təsiri ilə çirklənmiş hissələr əmələ gəlib. Bu gün onların götürülüb poliqona daşınması problemi həll etmir. Hazırda ətraflı təhlil, çirklənmənin yoxlanması, çirklənmənin hansı növünün şəhər və insan sağlamlığı üçün daha təhlükəli olduğunu aşkarlamaq daha çox əhəmiyyət kəsb edir.

"Yeni sazişlə şirkət təcrübə mübadiləsi və Azərbaycan ilə Almaniyada laboratoriya təhlilləri aparmaqla yanaşı, gələcək ekoloji layihələr üzrə təkliflərin hazırlanması, xüsusilə də həmin ərazilərin təmizlənməsini öz öhdəliyinə götürür. Sazişin müddəti müəyyənləşdirilməyib. Alman tərəfi dərhal işə başlamağa hazırdır, biz də onlara öz texniki dəstəyimizi təqdim etməyə hazırıq. Öz işçilərimizi, mütəxəssis və kommunikasiyalarımızı onların sərəncamına veririk ki, bütün bu işləri yüksək səviyyədə həyata keçirək", - Babayev deyib.

Xəbər lenti

Xəbər lenti