...

"Qazprom" və Türkiyənin dörd şirkəti qazın idxalına dair saziş imzalayıblar

Energetika Materials 11 Avqust 2012 11:54 (UTC +04:00)
Rusiyanın "Qazprom" və Türkiyənin 4 şirkəti Rusiya qazının Qərb marşrutu ilə Türkiyəyə idxalına dair saziş imzalayıblar.
"Qazprom" və Türkiyənin dörd şirkəti qazın idxalına dair saziş imzalayıblar

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir A.Tağıyeva/

Rusiyanın "Qazprom" və Türkiyənin 4 şirkəti Rusiya qazının Qərb marşrutu ilə Türkiyəyə idxalına dair saziş imzalayıblar. Trend-in məlumatına görə, bu barədə "Zaman" qəzeti Türkiyə enerji bazarının tənzimlənməsi üzrə orqandakı (EPDK) mənbəyə istinadən məlumat verir.

Sazişi imzalyan şirkətlər "Akfel Gaz", "BosphorusGaz", "Kibar Holding" və "İndex Holding"dir.

Türkiyənin BOTAŞ və Rusiyanın "Qazprom" şirkətlərinin Rusiya qazının Türkiyəyə idxalına dair bundan əvvəl imzaladıqları sazişin müddəti 2012-ci ilin sentyabrında başa çatır.

Xəbər lenti

Xəbər lenti