...

Türkiyə Azərbaycandan və İrandan "al və ya ödə" prinsipi ilə qaz tədarükündən imtina edəcək

Energetika Materials 21 Oktyabr 2014 10:58 (UTC +04:00)
Nazirin sözlərinə görə, bu ilin sonunda Türkiyə İranla qaz tədarükündə "al və ya ödə" prinsipindən imtina edəcək.
Türkiyə Azərbaycandan və İrandan "al və ya ödə" prinsipi ilə qaz tədarükündən imtina edəcək

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Azərbaycandan və İrandan "al və ya ödə" prinsipi ilə qaz tədarükündən intina edəcək. Trend xəbər verir ki, bu barədə İHA agentliyi çərşənbə axşamı energetika və təbii sərvətlər naziri Taner Yıldıza istinadən xəbər yayıb.

Nazirin sözlərinə görə, bu ilin sonunda Türkiyə İranla qaz tədarükündə "al və ya ödə" prinsipindən imtina edəcək.

O, həmçinin bildirib ki, Türkiyə ötən il Rusiya ilə qaz tədarükündə bu prinsipdən tam imtina edib: "2015-ci ildə Türkiyə Azərbaycandan qaz tədarükündə də "al və ya ödə" prinsipindən imtina edəcək".

Bununla yanaşı, bir müddət əvvəl ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bildiriblər ki, Azərbaycanda Türkiyəyə satılan qaza görə hesablaşmalarda tətbiq olunan "al və ya ödə" prinsipindən imtina edilməsi ilə bağlı heç bir danışıqlar aparılmır.

KİV-in məlumatına görə, Türkiyə İran qazının min kubmetrini 490 dollara alır. Cənubi Qafqaz boru kəməri ilə tədarük olunan Azərbaycan qazının min kubmetrinə görə ölkə 335 dollar ödəyir. Rusiya qazının min kubmetri Türkiyəyə 425 dollara başa gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti