...

Azərbaycan 2014-cü ildə neft hasilatını azaldıb

Energetika Materials 16 Yanvar 2015 13:57 (UTC +04:00)
2014-cü ildə Azərbaycanda 41,9 milyon ton neft və qaz-kondensat hasil edilib.
Azərbaycan 2014-cü ildə neft hasilatını azaldıb

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Emil İsmayılov/

2014-cü ildə Azərbaycanda 41,9 milyon ton neft və qaz-kondensat hasil edilib. Trend-in cümə günü Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2013-cü ildə 43,1 milyon ton olub.

Ötən il neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun və xarici tərəfdaşlarla birlikdə işlənən "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb.

2013-cü ildə qaz hasilatı 18,7 milyard kubmetr əmtəə qazı təşkil edib, 2013-cü ildə bu rəqəm 17,9 milyard kubmetr olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti