Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Fransanın Total şirkətinin operatoru olduğu Ivory Coast LNG konsorsiumunda 26 faiz iştirak payını əldə edib.
Bu barədə Trend Total şirkətinə istinadən məlumat verir.
Konsorsium mayeləşdirilmiş təbii qaz terminalının tikintisi məqsədi ilə yaradılıb.