...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 7 Sentyabr 2022 10:44 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 6-da 96,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,18 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 95,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,14 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,93 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 92,17 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,62 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti