...

"Bahar-Qum Dəniz" blokunda neft hasilatının həcmi açıqlanıb

Energetika Materials 20 İyun 2023 11:33 (UTC +04:00)
"Bahar-Qum Dəniz" blokunda neft hasilatının həcmi açıqlanıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə "Bahar-Qum Dəniz" blokunda neft hasilatı proqnozlaşdırılan 0,27 milyon barellə müqayisədə 0,18 milyon barel olub.

Trend bu barədə Azərbaycan Respublikası Hesablama Palatasına istinadən xəbər verir.

Palatanın məlumatlarına əsasən, blok üzrə istehsalat planı 67% yerinə yetirilib.

Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) "Bahar-Qum Dəniz" blokundan hasil olunan neft satışından əldə etdiyi gəlir isə 2022-ci ildə təqribən 0,76 milyon ABŞ dolları olub

Qeyd edək ki, blokun işlənmə layihəsi ABŞ-nin layihəni özünün törəmə şirkəti olan BEOC vasitəsilə idarə edən "Greenfields Petroleum Corporation" tərəfindən həyata keçirilir.

Korporasiya özünün Bahar Enerci Limited törəmə şirkəti vasitəsilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və ARDNŞ-in Ortaq Neft Şirkəti ilə bağladığı Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişdə 80 faiz paya malikdir.

"Qum Dəniz" neft yatağı Abşeron yarımadasından cənub istiqamətində, Bakıdan 21 km cənubda Qum adası ilə "Bahar" qaz yatağı arasında yerləşir.

"Bahar" qaz yatağı 1969-cu ildən işlənilir və Bakıdan 40 km cənub-şərqdə yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti