...

SOCAR-ın neft-qaz sektorundan xalis mənfəəti iki dəfədən çox artıb

Energetika Materials 26 İyun 2023 12:10 (UTC +04:00)
SOCAR-ın neft-qaz sektorundan xalis mənfəəti iki dəfədən çox artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2022-ci ildə neft-qaz seqmentindən xalis mənfəəti 2021-ci ildəki 2,631 milyard manatla müqayisədə 5,410 milyard manat təşkil edib.

Trend xəbər verir ki, şirkətin bu sektorda xalis mənfəəti ötən illə müqayisədə 2 dəfədən çox artıb.

SOCAR neft və qazdan əldə olunan ümumi gəlirin 7,921 milyard manatdan 11,032 milyard manata (artım 39 faizdən çox) artdığını açıqlayıb.

Qeyd edək ki, ümumilikdə 2022-ci ildə SOCAR-ın xalis mənfəəti 9,42 milyard manat təşkil edib ki, bu da 2008-ci ildən bəri ən yüksək göstəricidir.

Şirkətin 2022-ci ildə gəliri 2021-ci illə müqayisədə 53,8 faiz artaraq 119,23 milyard manat təşkil edib.

Artım müəssisələrin daha yaxşı idarə edilməsi və inteqrasiya olunmuş fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, eləcə də qlobal bazarda neft, qaz və neft-kimya məhsullarının bahalaşması ilə bağlı olub.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti