...

ARDNŞ KREKİNQ MAZUTUNUN BATUMİ VASİTƏSİLƏ İXRAC DAŞIMALARINI DAYANDIRIB

Energetika Materials 5 Avqust 2005 18:02 (UTC +04:00)

ARDNŞ daxili bazarın tələbatının artması səbəbindən "Heydər Əliyev adına" NEZ-də (keçmiş Azərneftyanacaq) birbaşaqovulan mazutun əlavə emalı nəticəsində alınan krekinq mazutunun ixrac daşımalarını müvəqqəti olaraq dayandırıb.Bu barədə Trend agentliyinə NEZ-in daxil olduğu ARDNŞ-də bildirilib.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, hazırda bütün mazut Azərenerji QSC-nin ehtiyacı üçün verilir ki, bu da ARDNŞ-ə Gürcüstanın Batumi limanı vasitəsilə iyulun 25-dən Sinqapurun Petrofarm şirkəti üçün neft məhsullarının ixrac satışının bərpa edilməsinə imkan yaradır.Son dəfə ARDNŞ iyulun 25-i üçün mazut yükləyib.

Avqustda ARDNŞ Gürcüstan bazarı üçün Fransanın Total şirkəti ilə imzalanmış müqaviləyə əsasən, 5 min ton krekinq mazutu yükləyə bilər.İyulda ARDNŞ-nin "Heydər Əliyev adına" NEZ 64,9 min ton mazut ixrac edib.

Xəbər lenti

Xəbər lenti