...

Motor yanacağının dağılması EP-300 qurğusunda yanğına səbəb olub

Energetika Materials 24 Noyabr 2005 15:18 (UTC +04:00)

Dünən saat 21.55-də Azərkimya-nın tərkibinə daxil olan EP-300 zavodunun (Sumqayıt şəhərində) E-4 sexində motor yanacağının dağılması nəticəsində 100 kvadrat metr ərazidə yanğın baş verib. DİN yanğın təhlükəsizliyi üzrə Baş idarədən Trend ə bildiriblər ki, motor yağının dağılmasına səbəb E-4 sexində yerləşən 1 N-li buxar turbininin ön dayağının rotor hissəsinin sıradan çıxması və təzyiqin artması olub.

İdarədən bildirilib ki, alışan yanacağın əmələ gətirdiyi yüksək temperatur ventilyasiya borularının formasını dəyişib. "Saat 23.10-da yanğın söndürülüb", -deyə İdarədən bildiriblər.

Hadisə nəticəsində tələfat olmayıb.

Azərneftyag NEZ-dan Trend ə bildiriblər ki, bu gün Azərkimya DŞ-ə naftanın tədarükü dayandırılıb. "Günən Azərkimyaya 700 tona qədər nafta verilib", - deyə Azərneftyag-dan bildirilib. Dövlət Şirkətinə yanacaq tədarükünün daha bir neçə gün dayan6dırılacağı istisna edilmir.

Xəbər lenti

Xəbər lenti