...

Azərbaycan Gürcüstana 30 MVt elektrik enerjisi tədarük edəcək

Energetika Materials 23 Yanvar 2006 13:01 (UTC +04:00)

Azərbaycanın elektrik enerjisi sistemi Gürcüstanla paralel iş rejiminə keçib. Bunun da nəticəsində Gürcüstan tərəfinə 30 MVt elektrik enerjisi satılacaq. Bu barədə Trend ə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

SC-dən bildiriblər ki, Gürcüstana elektrik enerjisinin satışı Azərbaycanda abunəçilərin elektrik enerjisi ilə təchmzatına təsir göstərməyəcək. Enerjinin ötürülməsi Gürcüstanda qəzanın nəticələrinin tam aradan qaldırılmasından sonra dayandırılacaq. Bu əməliyyatlar zamanı yarana borc srnradan Azərbaycana qaytarılacaq. Bu adətən, elektrik enerjisinin geriyə ötürülməsi yolu ilə baş verir.

Gürcüstana elektrik enerjisinin satışı Gürcüstanın Rusiyadan elektrik enerjisi aldığı "Kavkasioni" elektrik ötürücüsü xəttinin partlaması üzündən həyata keçirilir. "Rosqruzenerqo" şirkətinin baş direktoru Georgi Şeradzenin bəyanatına görə, bərpa işləri ən azı 2 həftə vaxt aparacaq.

Xəbər lenti

Xəbər lenti