...

Polşanın iqtisadiyyat naziri Səngəçal terminalına baş çəkib

Energetika Materials 7 Aprel 2006 19:08 (UTC +04:00)

Polşanın iqtisadiyyat naziri Pyotr Voznyak Səngəçal neft terminalının işi ilə tanış olub. Bu barədə Trend məlumat verib. Nazirə terminalın 540 hektar sahəni tutduğu və "Əsrin müqaviləsi" çərçivəsində həyata keçirilən bütün layihələr ona birləşdirildiyi barədə məlumat verilib.

Hazırda orada 4 min işçi çalışır ki, onların da 80%-i Azərbaycan vətəndaşlarıdır. Terminalda hər birinin həcmi 800 min barel olan 3 rezervuar, müasir avadanlıqlar və Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac boru kəmərinin əsas nasos stansiyası var.

Bu günə kimi boru kəmərinə 6 mln. barel neft vurulub və həmin neft Türkiyədəki ikinci nasos stansiyasına çatıb.

Xəbər lenti

Xəbər lenti