...

ARDNŞ prezidenti Statoil şirkətinin rəhbəri ilə görüşüb

Energetika Materials 4 May 2006 14:00 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Statoil şirkətinin icraçı direktoru Helge Lundla görüşüb. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-in mətbuat xidməti məlumat yayıb.

ARDNŞ prezidenti Norveç şirkətinin Azərbaycanın neft sənayesində fəal iştirak etdliyini qeyd edərək gələcəkdə bu əlaqələrin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

H.Lund qeyd edib ki, Statoil Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir və "Azəri"-"Çıraq"-"Günəşli", "Şahdəniz", "Araz"-"Alov"-"Şərq" və Bakı-Tiflis-Ceyhan kimi iri layihələrin iştirakçısıdır. Hazırda cari ilin sonlarında ''Şahdəniz'' layihəsi çərçivəsində təbii qaz hasilatına başlanması istiqamətində ciddi hazırlıq gedir.

Görüş çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti