...

Naxçıvan MR-in enerji sisteminə 90 mln. kVt-dən çox enerji daxil olub

Energetika Materials 5 May 2006 17:03 (UTC +04:00)

2006-cı ilin aprelində Naxçıvan Muxtar Respublikasının enerji sisteminə 90,427 mln. kVt enerji daxil olub ki, bu da 2005-ci ilin aprel ayı ilə müqayisədə 2,5 mln. kVt çoxdur. Trend in xəbər verdiyi kimi, bu barədə Azərenerji SC-nin məlumatında deyilir.

NAR enerji ilə əsasən, qonşu ölkələrdən idxal edilən elektrik enerjisi hesabına təchiz olunur.

Hazırda MR ərazisində apreldə 8,6 mln. kVt enerji istehsal etmiş "Araz" SES fəaliyyət göstərir. Bundan başqa, respublikanın enerji sisteminə yeni tikilən və iki enerji blokunda sınaq əməliyyatlarının aparıldığı Naxçıvan qaz-turbin elektrik stansiyasından 590 min kVt enerji daxil olub.

2006-cı ilin aprelində NMR-ə İrandan 61,6 mln. kVt, Türkiyədən - 39,1 mln. kVt elektrik enerjisi tədarük olunub.

Hazırda NMR-ə İrandan gündə 2 mln. kVt, Türkiyədən - 1 mln. kVt elektrik enerjisi daxil olur. "Araz" SES-də isə rejimdən asılı olaraq 220-250 min kVt enerji istehsal edilir.

Xəbər lenti

Xəbər lenti