...

ARDNŞ "Qərbi Abşeron"da öncəqazmanı başa çatdırıb

Energetika Materials 21 İyun 2006 18:41 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Xəzər-4" qazma qurğusundan "Qərbi Abşeron" yatağının cənubunda öncəqazma quyularının qazıntısını planda göstərildiyi tarixdən 2 ay əvvəl başa çatdırıb. Bu barədə Trend ə ARDNŞ-dən xəbər veriblər.

Quyular sonrakı hasilat üçün konservləşdirilib. Quyuların dərinldiyi təxminən 800 metr təşkil edir. Quyunun birində debit gündə 5 ton təşkil edib ki, bu da ildə 1,8 min tona bərabərdir.

ARDNŞ-də hesab edirlər ki, açıq yatağ - işlənmə üçün səmərəlidir. O, sahil və neft nəqliyyatı kommunikasiyaları yaxınlığında yerləşir. Yatağın həmin hissəsində ehtiyatların qiymətləndirilməsi işi gedir.

ARDNŞ "Qərbi Abşeron" yatağının cənubunda hasilat platforması quraşdırmaq niyyətindədir. O, sahildən 40-50 metrliyində quraşdırılacaq. Mütəxəssislərin hesablamalarına əsasən, yataqda təxminən 1,5 mln ton şərti yanacaq var.

Xəbər lenti

Xəbər lenti