...

ARDNŞ Supsadan mənfəət neftinin satışı üzrə tenderi bağlı elan edib

Energetika Materials 30 İyun 2006 15:48 (UTC +04:00)

İsveçrənin Addax treyderi Azərbaycan Dövlət Neft Şirkətinin elan etdiyi tenderdə 80 min ton Azeri Light növlü mənfəət nefti əldə edib. Bu partiya iyulun 29-30-da Gürcüstanın Supsa limanından yüklənəcək. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Azərbaycanın 135 min ton həcmində əvvəlki mənfəət nefti partiyasını da Supsadan Addax alıb. May ayında Azərbaycanın 135 min ton həcmində yüngül neft partiyasını isə Supsadan yola salmaqla Mitsubishi treyderi əldə edib.

Xəbər lenti

Xəbər lenti