...

Azneftkimyamaş məhsul satışını artırıb

Energetika Materials 16 Avqust 2006 11:08 (UTC +04:00)

2006-cı ilin yanvar-iyul aylarında Azneftkimyamaş ASC ümumi məbləği 10,8 mln. manat olan məhsul satıb. Bu, 2005-ci ilin analoji dövründən 11% çoxdur. ASC-dən Trend ə verilən xəbərə görə, bu dövr ərzində 4,5 mln. manat məbləğində məhsul daxili bazarda satılıb, əsasən ARDNŞ-ə, məhsulun qalan hissəsi isə ixracın payına düşüb.

Azneftkimyamaş ASC respublika prezidentinin 22 mart 2001-ci il tarixli sərəncamı ilə Azneftkimyamaş DK əsasında yaranıb.

ASC-də qeyd ediblər ki, bu vaxt ərzində ən yüksək göstərici Səttərxan adına maşınqayırma zavodunda müşahidə olunub. Zavod 1,7 min manat məbləğində, Sabunçu NEB təxminən 1 mln. manat, Bakı fəhləsi maşınqayırma zavodu 1,6 mln. manat, Sərdarov adına zavod təxminən 800 min manat məbləğində məhsul satıb. Məhsul Rusiya, Qazaxıstan, Türkmənistan və Ukrayna kimi ölkələrə ixrac olunub.

Bu dövr ərzində ümumi istehsal edilən məhsulun həcmi təxminən 12 mln. AZN təşkil edib, bu isə 2005-ci ilin analoji dövründən 11% çoxdur.

Xəbər lenti

Xəbər lenti