...

Görkəmli neft mütəxəssisi Rəhman Qurbanovun 60 yaşı tamam olub

Energetika Materials 11 Sentyabr 2006 16:35 (UTC +04:00)

Sentabrın 11-də Azərbaycanın neft sənayesinin təşkilatçısı, görkəmli neft mühəndisi, ARDNŞ-iın qaz hasilatı üzrə vitse-prezidentinin birinci müavini Rəhman Qurbanovun 60 yaşı tamam olur. Bu barədə Trend ARDNŞ-in məlumatına istinadən xəbər verir.

Bununla əlaqədar ARDNŞ-də şirkət prezidenti Rövnəq Abdullayevin iştirakı ilə tədbir keçirilib. Tədbidə ARDNŞ-in vitse-prezidenti, idarə başçıları və digər rəsmi şəxslər iştirak edib. Görüş zamanı R.Qurbanovun ölkənin neft sahəsindəki xidmətləri qeyd olunub.

Xəbər lenti

Xəbər lenti