...

Azərbaycan, Gürcüstan və Türkiyə arasında ixrac neft-qaz kəmərlərinin mühafizəsi qurumlarının nümayəndələri Ankarada görüşəcəklər

Energetika Materials 12 Dekabr 2006 15:39 (UTC +04:00)

Azərbaycan, Gürcüstan və Türkiyə arasında ixrac neft-qaz kəmərlərinin mühafizəsini həyata keçirən qurumların nümayəndələri Ankarada görüşəcəklər. Trend in xəbərinə görə, bu barədə dekabrın 12-də jurnalistlərə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) komandanı Vaqif Axundov məlumat verib.

"Hər üç ölkəninin hökumət və hüquq mühafizə orqanlarının nümayəndələrindən ibarət kəmərlərin təhlükəsizliyini koordinasiya edən qurum fəaliyyət göstiərir. Dövlət komissiyaları və İşçi Qrupları yaradılıb. Kəmərlərin mühafizəsi ilə bağlı son müşavirə təqribən 4 ay əvvəl Bakıda keçirilib. Ankarada planlaşdırılan görüşün tarixi isə hələlik müəyyənləşdirilməyib" - deyə V.Axundov söyləyib.

V.Axundovun sözlərinə görə, ixrac kəmərlərinin təhlükəsizliyini təmin etmək üçün ən yeni vasitələr alınıb. Bu vasitələr siyahısına mobil qruplar, atlar, yeni avtomobillər və s. aiddir. Mühafizədə GPS sistemindən və ən yeni rabitə avadanlıqlarından istifadə edilir.

Xəbər lenti

Xəbər lenti