...

Bakıda "Şahdəniz" qazının bölüşdürülməsi üzrə Azərbaycan, Gürcüstan və Türkiyə ekspert qruplarının iclası başladı

Energetika Materials 14 Dekabr 2006 15:02 (UTC +04:00)

Bu gün Bakıda Azərbaycanın "Şahdəniz" dəniz yatağından hasil edilən təbii qazın bölüşdürülməsi məsələsi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə ekspert qruplarının iclası başladı.

Gürcüstan qaz və neft korporasiyasının prezidenti Aleksandr Xetaquri jurnalistlərə bildirib ki, Gürcüstan tərəfi ilin sonuna kimi 10 mln. kubmetr qaz ala bilər, kontrakt üzrə isə gələn il "Şahdəniz" yatağından ayrılacaq qaz hər 1000 m3 üçün 63 dollar olmaq şərtilə 250 mln. kubmetr təşkil edir.

A.Xetaqurinin sözlərinə görə, indi tərəflər, həm də "Şahdəniz" layihəsi üzrə tərəfdaşlar arasında qaz həcminin bölüşdürülməsinin texniki məsələləri müzakirə edilir, bundan sonra kommersiya şərtlərinin baxılması da nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti