...

ABŞ dövlət katibinin köməkçisi: Enerji layihələri Azərbaycana böyük mənfəət əldə etməyə imkan verəcək

Energetika Materials 19 Dekabr 2006 15:12 (UTC +04:00)

Enerji layihələri Azərbaycana böyük mənfəət əldə etməyə imkan verəcək, lakin eyni zamanda ölkə yeni məsələlərlə qarşılaşa bilər. Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan Dillər Universitetinin tələbələri qarşısında çıxış edərkən ABŞ-ın demokratiya, insan haqları və əmək məsələləri üzrə dövlət katibinin köməkçisi Barri Louinkron bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycan dünyanın mürəkkəb nöqtəsində yaşayır və Avro-atlantik məkana inteqrasiya etmək istəyini bildirir.

B.Louinkron əlavə edib ki, Azərbaycana şəffaf demokratik sistem gərəkdir və inkişafında 5 əsas amil vacibdir: qanunun aliliyi, siyasi proseslər, mətbuat azadlığı, insan haqlarına hörmət, ölkədə yaxşı ali təhsilli vətəndaşların olması.

Dövlət katibinin köməkçisi qeyd edib ki, hakimlər, prokurorlar, vəkillər, habelə polisdə xidmət edənlər üçün treninqlərin təşkil edilməsinə ehtiyac var. O, növbəti seçkilərə qədər seçki sisteminin təkmilləşdirilməsi üçün Azərbaycan hökumətini seçki islahatları aparmağa çağırıb. B.Louinkron həmçinin peşəkar media ilə iş üçün hüquqi çərçivələrin yaradılmasının və böhtana görə məsuliyyətin dəyişdirilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, ABŞ Azərbaycanın müasir, demokratik və ziyalı dövlətin yaradılmasında uğur qazanmasının tərəfdarıdır.

Xəbər lenti

Xəbər lenti