...

Mixail Saakaşvili – Azərbaycan qazını aldıqdan sonra Gürcüstan Rusiya qazından imtina edəcək

Energetika Materials 28 Dekabr 2006 14:15 (UTC +04:00)

"Şah dəniz" yatağındakı quyu ilə bağlı texniki problemlər həll edildikdən sonra Gürcüstanın əsas qaz tədarükçüsü Azərbaycan olacaq. Trend in müxbiri xəbər verir ki, bu barədə Gürcüstan prezidenti biznesmenlərlə görüşdə bildirib.

Prezident həmçinin əlavə edib ki, hazırda Gürcüstan Rusiya qazını çox yüksək qiymətə alır. O bildirib: "Lakin quyudakı problem aradan qalxan kimi, yarım ay, bir aydan sonra Rusiya qazı artıq bizə gərək olmayacaq".

"Qazprom" Gürcüstanda fəaliyyət göstərən 4 şirkət ilə 2007-ci ildə Gürcüstana 1,45 mlrd. kubmetr həcmində qaz təbdarük edilməsi barədə illik kontraktlar hazırlayıb.

"Qazprom"la üç aylıq kontraktı "Kaztransqaz-Tbilisi" şirkəti bağlayıb, bu şirkət qazın Tbilisiyə və "İter" qaz şirkətinin qazının Gürcüstanın rengionlarına çatdırılması ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti