...

Xarici şirkət Azərbaycanın 8 perspektiv quru strukturunda kəşfiyyat işlərinə hazırlaşır

Energetika Materials 16 Fevral 2007 13:55 (UTC +04:00)

Anshad Petrol birgə müəssisəsi onun müqavilə sahəsinə daxil olan "Neftçala", "Xıllı" və "Babazənən" perspektiv struktrularında axtarış-kəşfiyyat işlərinə başlamaq üçün layihələrin işlənlib hazırlanması üçün ərizə verib. Trend xəbər verir ki, bu barədə BM-in baş direktoru Məhəmməd Mustafayev məlumat verib. Hazırda BM tərəfindən beş rayonda səkkiz perspektiv strukturda tədqiqat və axtarış işləri aparılır.

Birgə müəssisə həmçinin "Babazənən" sahəsində seysmik kəşfiyyatın məlumatlarının izahı üzrə işləri və "Neftçala" yatağında neft-qaz ehtiyatlarının qiymətləndirilməsini başa çatdırır.

Anshad Petrol "Neftçala", "Xıllı" və "Babazənən" müqavilə sahələrindəki quyularda neft və qaz hasil edir. Anshad Petrol BM 1993-cü ildə ARDNŞ və Türkiyənin Atilla Dogan Petrol şirkəti arasında keçmiş "Neftçalaneft" NQÇİ-nin əsasında yaradılıb. 1994-1996-cı illərdə Anshad Petrol BM-in operatoru Atilla Dogan Petrol olub, lakin 1997-ci ildən etibarən ARDNŞ bu funksiyanı öz üzərinə götürüb. 1995-ci ildə Malayziyanın Land and General Berhad şirkəti Atilla Dogan Petrol şirkətinin payından 17,15% alaraq, layihənin iştirakçısı olub.

Xəbər lenti

Xəbər lenti