...

ARDNŞ aprel ayında Bakı-Novorossiysk neft kəmərilə nəql olunacaq neftin həcmini müəyyənləşdirib

Energetika Materials 14 Mart 2007 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Aprel ayında Dövlət Neft Şirkəti Bakı-Novorossiysk neft kəməri vasitəsilə 62 min ton neft nəql edəcək. Bu barədə məlumat çərşənbə günü ARDNŞ-dən verilib. Bu, Azərbaycanda quruda fəaliyyət göstərən birgə müəssisələr və əməliyyat şirkətlərinin hasil etdikləri neftdir.

2007-ci ilin yanvar-fevral ayları ərzində Dövlət Neft Şirkəti təqribən 114,032 min ton xam neft ixrac edib. Şimal istiqamətində - Bakı-Novorossiysk kəməri vasitəsilə ARDNŞ 63 868 ton neft nəql edib.

2006-cı il ərzində isə ARDNŞ Bakı-Novorossiysk kəmərilə 1 mln. 172 min ton neft göndərib (2005 - 1 mln. 631 min ton).

Xəbər lenti

Xəbər lenti