...

Nazir:Azərbaycan qazı iyuldan etibarən Yunanıstana ixrac olunacaq

Energetika Materials 28 Mart 2007 14:10 (UTC +04:00)
Nazir:Azərbaycan qazı iyuldan etibarən Yunanıstana ixrac olunacaq

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova /"Şahdəniz" yatağından Azərbaycan qazı iyuldan etibarən Yunanıstana ixrac olunacaq. Bu barədə Türkiyədə VI Beynəlxalq Neft-Qaz Konfransında Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər bəyan edib.

Nazir həmçinin qeyd edib ki, Silvrid qaz anbarında tikinti işləri yekunlaşıb.

Nazirin sözlərinə görə, ilkin mərhələdə qaz anbarında 1,6 mlrd və daha sonra üç milyard kub metr qazın saxlanılması planlaşdırılır.

Azərbaycan Türkiyəyə qazı Cənubi Qafqaz qaz kəməri vasitəsilə çatdıracaq. Türkiyə qazin bir hissəsini öz tələbatı üçün istifadə edəcək, digər hissəsini isə başqa ölkələrə yenidən ixrac edəcək.

Xəbər lenti

Xəbər lenti