...

Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

Maliyyə Materials 29 Yanvar 2021 15:16 (UTC +04:00)
Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

Bakı. Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev - Trend:

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması barədə qərar qəbul edib.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın keçirdiyi mətbuat konfransında məlumat verilib.

Qeyd edilib ki, faiz dəhlizinin yuxarı həddi 6,75%, aşağı həddi isə 5,75% səviyyəsində müəyyən edilib.

Bu qərar risklər balansında mühüm dəyişikliklərin qeydə alınması və iqtisadi fəaliyyətin dəstəklənməsi üçün prioritetlərin bərabərləşməsi ilə əlaqədar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti