...

COMSTECH informasiya texnologiyaları üzrə kurslar təşkil edir

Telekommunikasiya Materials 3 Mart 2010 15:02 (UTC +04:00)
Aprelin 19-30-da İslamabadda (Pakistan) "Texnologiyalar və innovasiyalar siyasəti" mövzusunda tədris kursları keçiriləcək. Kurslar İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq Daimi Komitəsinin (COMSTECH) təşəbbüsü ilə keçiriləcək. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatında bildirilir.
COMSTECH  informasiya texnologiyaları üzrə kurslar təşkil edir

Azərbaycan, Bakı, 3 mart / Trend , H.Vəliyev/

Aprelin 19-30-da İslamabadda (Pakistan) "Texnologiyalar və innovasiyalar siyasəti" mövzusunda tədris kursları keçiriləcək. Kurslar İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq Daimi Komitəsinin (COMSTECH) təşəbbüsü ilə keçiriləcək. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatında bildirilir.

Nazirliyin məlumatına görə, kurslar Böyük Britaniyanın Kembric Universitetinin və COMSTECH Elmi Araşdırmalar, Texnologiyalar və İnnovasiyalar Mərkəzinin dəstəyilə keçiriləcək. Kurslarda iştirak etmək istəyən təşkilatlar RİTN-ə müraciət edə bilər.

COMSTECH elmi-texnoloji əməkdaşlıq sahəsində nüfuzlu beynəlxalq təşkilatlardan biridir. Təşkilat 37 dövləti və 15 beynəlxalq institutu birləşdirir. Azərbaycan 2008-ci ildən təşkilatın üzvüdür.

Xəbər lenti

Xəbər lenti