...

Azərbaycanın dövlət operatoru Bakı ATS-lərində nömrə həcmini genişləndirib

Telekommunikasiya Materials 4 May 2010 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı 4 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi Bakı şəhəri ATS-lərinin nömrə həcmini 10 min vahiddən çox genişləndirib. Bu barədə Trend-ə çərşənbə axşamı nazirlikdən bildiriblər.

Məlumata görə, növbəti həftə istismara verilməsi planlaşdırılan nömrə tutumları NGN texnologiyası ilə yenidən qurulan 323, 324, 477, 478 saylı ATS-lərdə, eləcə də Suraxanı və Əzizbəyov rayonlarının telekommunikasiya şəbəkələrində istifadəyə veriləcək.

Bu gün paytaxt üzrə elektron ATS-lərin xüsusi çəkisi 91,5 faiz, paytaxtdа 100 ailəyə düşən telefon aparatlarının sayı isə 34,4 ədəd təşkil edir.

Operator eləcə də genişzolaqlı internet xidmətlərinin göstərilməsi üçün 6,2 mindən artıq (portun) istismara verilməsini planlaşdırır. Bu gün İstehsalat Birliyi şəbəkələrində genişzolaqlı internet istifadəçilərinin sayı 37 mini ötür, onlardan 25 mindən çoxu özəl internet-servis provayderlərinin istifadəçiləridir.

Operatorun şəbəkələrində portların ümumi miqdarı 60 vahidə çatır, onlardan 30 min vahidə yaxını kommersiya provayderlərinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti