...

"Azerfon" iş yerlərinin sayını artırır

Telekommunikasiya Materials 21 May 2010 16:43 (UTC +04:00)
Mayın 21-də "Azerfon" MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan illik əmək yarmarkasında iştirak edib.
"Azerfon" iş yerlərinin sayını artırır

Mayın 21-də "Azerfon" MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan illik əmək yarmarkasında iştirak edib. Yarmarka Qafqaz Universitetində həmin ali məktəbin tələbə və məzunları, eləcə də Abşeron yarımadasının işsiz sakinləri üçün keçirilib.

"Azerfon" MMC tərəfindən əmək yarmarkasında 51 vakant iş yeri təqdim olunub. Yarmarkanın keçirildiyi müddətdə daxil olmuş bütün ərizələr bir neçə həftə ərzində təhlil olunacaq və namizədlər müsahibə üçün şirkətə dəvət ediləcək.

Hazırda "Azerfon" şirkətində müxtəlif sahələrdə 700-dən artıq mütəxəssis işləyir. Şirkətin yüksək inkişaf templərini nəzərə alaraq, bu rəqəm gündən-günə artmaqdadır.

Xəbər lenti

Xəbər lenti