...

"Şərq-Qərb" informasiya supermagistralı layihəsinin iştirakçıları memorandumun hazırlanması üçün Azərbaycanda görüşəcəklər

Telekommunikasiya Materials 2 İyul 2011 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir H.Vəliyev/

"Şərq-Qərb" transmilli informasiya supermagistralı layihəsində maraqlı olan iştirakçı ölkələr onun reallaşdırılması üçün gələcək strategiyanı müzakirə etmək məqsədilə görüş keçirəcəklər. Bu barədə şənbə günü Trend-ə layihə üzrə işçi qrupun rəhbəri İlyas Naibov-Əylisli məlumat verib.

Görüş iyulun 12-13 -də Qəbələdə keçiriləcək.

Naibov-Əylislinin sözlərinə görə, bu görüşün keçirilməsinin əsas aspektlərindən biri Anlaşma Memorandumunun hazırlanmasıdır.

"Memorandum kifayət qədər mürəkkəb sənəddir, orada layihənin həyata keçirilməsi prinsipləri və strategiyası, iştirakçıların payı, tranzit siyasəti və ölkələrin tranzit tarifləri və s. öz əksini tapmalıdır. Hazırda başlıca məsələ iştirakçı ölkələrin prinsipial razılığına nail olmaqdır və bütün sadalanan məsələlər qarşıdakı görüş çərçivəsində müzakirələrin əsas mövzusu olacaq", - o deyib.

Layihəyə artıq Rusiya ("Rostelekom"un operatoru), Qazaxıstan (оператор "Qazaxtelekom"un operatoru), Türkiyə (TurkTelecom-un operatoru) və Çin (ChinaTelecom-un operatoru) kimi ölkələr, eləcə də azərbaycanlı operatorlar cəlb edilib.

Naibov-Əylislinin sözlərinə görə,hazırda layihəyə cəlb edilmək üçün Gürcüstan və Ukrayna ilə də danışıqlar aparılır. Sonuncu məsələyə hökumətlərarası səviyyədə baxılır.
Yaxın vaxtlarda Azərbaycanın nümayəndə heyəti bu layihənin detallarını müzakirə etmək üçün Ukraynaya səfər edəcək.

"Ukrayna da bu istiqamətdə danışıqlar aparır və çox güman ki, bu layihədə ölkəni "Ukrtelekom" təmsil edəcək. Gürcüstana gəldikdə isə orada operator hələlik müəyyən olunmayıb", - Naibov-Əylisli deyib.

BMT-nin 66-cı plenar iclası çərçivəsində "Qərb-Şərq" transmilli informasiya supermagistralının yaradılması üzrə Azərbaycanın təqdim etdiyi təşəbbüsün qəbul edilməsi optik-lif kabel magistralının Xəzər seqmentinin çəkilişi üzrə həll olunmamış bütün təşkilati məsələləri də aradan qaldıracaq.

BMT yoxsulluq səviyyəsinin aşağı salınmasına, iqtisadiyyatın səviyyəsinin artırılmasına istiqamətlənən və regionun inkişafı üçün lokomotiv rolunu oynayacaq layihəni alqışlayıb.

"Qərb-Şərq" layihəsi ümumilikdə, 20 ölkəni birləşdirəcək və regionun inkişafı üçün mühüm rol oynayacaq. Layihənin həyata keçirilməsi Qərbi Avropa və Sakit okean hövzəsinə daxil olan ölkələr arasında "informasiya uçurumu"nu aradan qaldırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti