...

Azərbaycanın internet provayderi online ödəmələr sistemini tətbiq edir

Telekommunikasiya Materials 9 İyun 2012 10:59 (UTC +04:00)
AzeriCard prosessinq mərkəzi Provayder.az internet servis provayderini (Smart Systems Technology şirkətinin ticarət markası) online ödəmələr sisteminə birləşdirib. Trend-in məlumatına görə, bu barədə şənbə günü AzeriCard-ın məlumatında deyilir
Azərbaycanın internet provayderi online ödəmələr sistemini tətbiq edir

Azərbaycan, Bakı, 9 iyun/ Trend, müxbir H.Vəliyev /

AzeriCard prosessinq mərkəzi Provayder.az internet servis provayderini (Smart Systems Technology şirkətinin ticarət markası) online ödəmələr sisteminə birləşdirib. Trend-in məlumatına görə, bu barədə şənbə günü AzeriCard-ın məlumatında deyilir.

Online ödəmələr sistemi internet servis provayderin istifadəçilərinə xidmətləri həm korporativ internet resursları, eləcə də VISA, VISA Electron, MasterCard və Maestro elektron bank kartlarından istifadə etməklə azericard.com, ode.az və başqa internet saytları vasitəsilə ödəməyə imkan verir.

Bu gün online ödəmələr sistemi vasitəsilə AlfaNet, Avirtel, Azdatacom, BakinterNet, Hotnet, Eurocell, Azstarnet, AileNet, Connect və s. internet provayderlərin xidmətlərinin ödənilməsinin də həyata keçirilməsi mümkündür.

Plastik kartların təhlükəsizliyinə 3DSecure təhlükəsizlik texnologiyaları sistemi zəmanət verir.

Prosessinq mərkəzi tərəfindən Azericard sistemində xidmət göstərilən plastik kart sahibləri üçün internetlə ödəmələr zamanı 3DSecure parolunun tətbiq etməyə imkan verən modul aktivləşdirilib.

Xəbər lenti

Xəbər lenti