...

Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsi həyata keçiriləcək

Telekommunikasiya Materials 4 Oktyabr 2012 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə genişzolaqlı internetin inkişafı üzrə layihə hazırlayır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Layihənin əsas tərkib hissəsi optik infrastrukturun hələ kifayət qədər inkişaf etmədiyi kənd yerlərində genişzolaqlı internetin əhatəsini genişləndirməkdir.

"Ölkə kəndlərinin 35 faizi artıq optik rabitə xətləri ilə əhatə olunub və hazırda əsas məsələ genişzolaqlı xidmətləri qalan kəndlərə çatdırmaqdır", - Vəlizadə qeyd edib.

Nazir müavininin sözlərinə görə, layihənin həyata keçirilməsi 2013-cü ilə nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti