...

"Azercell" öz müştərilərinə daha yaxın gəlir

Telekommunikasiya Materials 12 Aprel 2013 17:30 (UTC +04:00)
"Azercell Telekom" MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə həm Bakıda, həm da Bakıətrafı qəsəbələrdə "Azercell Ekspres" ofislərinin sayını artırmaqdadır.
"Azercell" öz müştərilərinə daha yaxın gəlir

Azərbaycan, Bakı, 12 aprel /Trend/

"Azercell Telekom" MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə həm Bakıda, həm da Bakıətrafı qəsəbələrdə "Azercell Ekspres" ofislərinin sayını artırmaqdadır.

Belə ki, şirkət bu günlərdə Sahil qəsəbəsi, Zahid Qasımov pros., 24 ünvanında yerləşən "Azercell Ekspres" ofisini abunəçilərinin ixtiyarına verib. Yeni AzEx ofisi "bir nöqtədə üç xidmət"("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən, abunəçilər "Azercell Ekspres" ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilərlər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.

Qeyd edək ki, Azercell-in hazırda Bakıda 19, regionlarda isə 26 Ekspres ofisi fəaliyyət göstərir.

"Azercell" ilin sonuna qədər Bakıda və regionlarda AzEx ofislərinin sayını artırmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti