...

Azərbaycan "eTwinning Plus" layihəsinə qoşulub

Telekommunikasiya Materials 26 Aprel 2013 13:29 (UTC +04:00)
Azərbaycan Şərq tərəfdaşlığı çərçivəsində “eTwinning”layihəsinin işçi sahəsi olan "eTwinning Plus" layihəsinə qoşulub

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir H. Vəliyev/

Azərbaycan "Şərq tərəfdaşlığı" çərçivəsində "eTwinning Plus" proqramının işçi sahəsi olan "eTwinning Plus" layihəsinə qoşulub. Bu barədə Trend-ə cümə günü Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu layihədə iştirak Azərbaycan məktəblərinin şagirdlərinə xarici dillərin öyrənilməsinin motivasiyasını yüksəltməyə imkan verəcək, həmçinin İKT-dən istifadə bacarıqlarını yaxşılaşdırmağa icazə verəcək. Müəllimlərdə, həmçinin Avropa ölkələrinin mütəxəssisləri ilə birbaşa əlaqələr qurmaq, onlarla təcrübə və təlim metodlarını mübadilə etmək imkanına malik olacaqlar.

Azərbaycan layihədə 10 məktəblə təmsil olunacaq. Avropa Komissiyası layihənin 80 faizini maliyyələşdirilir. Qalan 20 faiz isə daxili resurslar hesabına ödəniləcək.

Layihəyə qoşulacaq Azərbaycan məktəbləri orada iştirak etmək üçün lazımi tələblərə tam cavab verir. Məktəblər texniki avadanlıqlarla və internetə çıxışla təmin olunub, müəllimlərin hazırlığı isə yüksək səviyyədədir

"eTwinning" platformasında işləmək üçün müəllimlərə təlimlərin keçilməsi planlaşdırırlır.

Avropa Komissiyasının təşəbbüsü ilə yaradılan "eTwinning" portalı tərəfdaş məktəblərin görüşü üçün virtual meydançadır. Bu portal vasitəsilə müxtəlif ölkələrin məktəbliləri bir-birləri ilə ünsiyyət qura, mədəniyyyət və tarix haqqında informasiya mübadiləsi apara bilərlər.

Proqram beş il ərzində reallaşdırılır və bu müddət ərzində müxtəlif ölkələrdən olan minlərlə müəllim və şagird arasında internet əlaqəsi yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti