...

Azərbaycanın dövlət rabitə operatoru simsiz telefon xidmətinin inkişafını dayandırır

Telekommunikasiya Materials 10 Fevral 2014 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi (İB) CDMA fiksajlanmış rabitəni inkişaf etdirməyi dayandırır. Bunu bazar ertəsi Trend-ə İB-nin baş direktoru Məhəmməd Məmmədov deyib.

Onun sözlərinə görə, bu rabitə növünün aktuallığının azalması ilə əlaqədar onun inkişafı məsələsi nəzərdən keçirilmir. İldən-ilə CDMA xidmətinə tələbat öz aktuallığını itirir. Bunun əsas səbəbi onun bazasında yüksək sürətli genişzolaqlı interneti təşkil etməyin qeyri-mümkün olmasıdır.

M.Məmmədov qeyd edib ki, buna görə də bazarın hazırkı tələbləri nəzərə alınmaqla CDMA şəbəkələrinin gələcəkdə inkişaf etdirilməsi zəruri deyil: "Bu texnologiya keçid dövründə aktual olub. Həmin vaxt ucqar yaşayış məntəqələrinin telefonlaşdırılmasına ehtiyac var idi".

Operator lazımi gəlir gətirməyən və iqtisadi baxımdan rentabelli olmayan sahəyə investisiya yatırmaq fikrində deyil.

Qeyd edək ki, "Aztelekom"un simsiz şəbəkəsi 2005-ci ilin sentyabrında tətbiq olunub.

Hazırda "Aztelekom" İB-nin CDMA rabitə sistemləri üçün iki tarif planı tətbiq olunur - limitsiz 10 manatlıq aylıq abunə haqqı və limitli 2 manatlıq.

İB-nin CDMA şəbəkəsində abonentlərin sayı 20 mini ötür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti