...

"Elektron hökumət" portalının elektron xidmətlərinə 1 milyon dəfə müraciət edilib

Telekommunikasiya Materials 28 Aprel 2014 20:02 (UTC +04:00)
“Elektron hökumət” portalının xidmətlərinə müraciət edən 1 milyonuncu istifadəçi mükafatlandırılıb
"Elektron hökumət" portalının elektron xidmətlərinə 1 milyon dəfə müraciət edilib

Azərbaycan, Bakı, 28 aprel /Trend/

"Elektron hökumət" portalının təqdim etdiyi elektron xidmətlərə 1 milyon dəfə müraciət edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, portala müraciət etmiş milyonuncu şəxs Şəki rayonunun sakini Hüseynbəyli Nəbi Məmmədoğludur.

Kifayət qədər yüksək göstərici sayılan bu fakt, həmçinin "Elektron hökumət" portalının təqdim etdiyi elektron xidmətlərdən istifadə edənlərin sayının nəinki paytaxtda, ümumilikdə ölkə üzrə, o cümlədən regionlarda da artdığını, bu xidmətlərdən istifadənin əlçatanlığının təmin edildiyini göstərir.

Bu əlamətdar hadisə münasibətilə portala milyonuncu müraciət edən N.Hüseynbəyli Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti