...

Azərbaycan və Avstriya texnika və texnologiya sahələri üzrə müzakirə aparacaq

Telekommunikasiya Materials 16 May 2015 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend/

Azərbaycan və Avstriya iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlığın vəziyyəti və daha da genişləndirilməsi məsələlərini müzakirə edəcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 2-3-də Bakıda Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 8-ci iclası keçiriləcək.

Bununla əlaqədar olaraq Avstriya tərəfindən komissiyanın həmsədri, elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini xanım Bernadette Qierlinqerin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti