...

Azərbaycanın qaz operatoru “Elektron hökumət” portalına xidmətlərini inteqrasiya edir

Telekommunikasiya Materials 13 Avqust 2015 17:15 (UTC +04:00)
"Azəriqaz" İB-nin İnformasiya sistemi “bir pəncərə” prinsipi üzrə vətəndaşlara xidmət göstərilməsi üçün "Elektron Hökumət" portalına (e-gov.az) inteqrasiya edilib.
Azərbaycanın qaz operatoru “Elektron hökumət” portalına xidmətlərini inteqrasiya edir

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

"Azəriqaz" İB-nin İnformasiya sistemi "bir pəncərə" prinsipi üzrə vətəndaşlara xidmət göstərilməsi üçün "Elektron Hökumət" portalına (e-gov.az) inteqrasiya edilib. Trend xəbər verir ki, bu barədə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi məlumat (MHM) yayıb.

Ötən gün MHM-də SOCAR-ın rabitə və informasiya texnologiyalarının idarəsinin nümayəndələri ilə görüşdə tələbatın yüksək olduğu zəruri sosial xidmətlərin elektronlaşdırılması, həmçinin, məlumat bazasının fərdi identifikasiya nömrələrinə (FİN) uyğunlaşdırılması məsələləri müzakirə edilib.

Yeni qaz abunəçilərinin sənədləşdirilməsi zamanı ünvan və soyadların sistemə əl ilə daxil edildiyi və bununla əlaqədar bir çox mexaniki səhvlərin baş verməsi ilə bağlı problemin aradan qaldırılması və informasiya sisteminin formalaşdırılmasının ilkin mənbədən aparılması məqsədilə portal üzərindən avtomatlaşdırılmış məlumat axtarışı sistemindən (IAMAS) "Azəriqaz" İB-nə servis ötürülməsi təklif edilib və prosesin texniki detalları birgə müzakirə edilib.

Hazırda "Azəriqaz" İB-nin mövcud abunəçi bazasında məlumatların təqribən 70 faizi FİN-ə uyğunlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti