"Elektron ipoteka" sistemi "Elektron hökumət" portalına inteqrasiya olundu

"Elektron ipoteka" sistemi "Elektron hökumət" portalına inteqrasiya olundu

Bakı. Trend:

Bu gündən etibarən “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs "Elektron hökumət" portalına daxil olub ipoteka kreditinin alınması üçün müraciət edə bilər.

Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan məlumat verilib.

İpoteka krediti üçün real vaxt rejimində müraciət gücləndirilmiş elektron imza vasitəsilə (Elektron imza və ASAN imza) mümkün olacaq. Bu əsasən, vətəndaşa lazımi sənədləri real vaxt rejimində imzalamasına şərait yaradılmasını, ipoteka krediti üzrə müraciət zamanı aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini, məlumatların mühafizəsini təmin edir.

Daha əvvəl ipoteka krediti almış vətəndaşlar isə öz elektron kabinetlərini sadələşdirilmiş istifadəçi adı/şifr ilə də izləyə biləcəklər.

"Elektron hökumət" portalında "Elektron ipoteka" sisteminin istifadəyə verilməsi əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsi ilə yanaşı, məlumatların real vaxt rejimində emalını, məlumatların düzgünlüyü və təhlükəsizliyini təmin edir. Xidmətdən istifadə üçün “Elektron hökumət” portalında “İpoteka krediti üçün müraciət” adlı keçid təqdim olunur.

"Elektron ipoteka" sistemindən necə istifadə etməli?!

Elektron kabinetin formalaşdırılması

Xidmətə daxil olarkən, ekranda vətəndaşın elektron kabinetinin yaradılması və ipoteka krediti üzrə müraciətin formalaşdırılması üçün ərizə görünür. Bu ərizə digər dövlət qurumlarından fərdi məlumatların avtomatik qaydada alınması və müvəkkil banklara ötürülməsi barədə razılıq ərizəsidir. Həmin razılıq ərizəsini vətəndaş elektron imza ilə imzaladıqdan sonra "qeydiyyatdan keç" düyməsini sıxmaqla elektron kabinetin yaradılmasını təmin edir.

Elektron kabinetin yaradılması zamanı, vətəndaşın 6 dövlət qurumunun məlumat bazasında mövcud olan fərdi məlumatları elektron kabinetə ötürülür. Vətəndaş məlumatların düzgünlüyünü yoxlayır və elektron qaydada ötürülməyən digər məlumatları tələb olunan xanalara özü daxil edir.

"Gəlir və xərclər"

"Elektron kabinet" formalaşdırıldıqdan sonra "Gəlir və xərclər" bölməsinə keçid alınır.

Gəlirlər hissəsində borcalanın əsas və əlavə iş yerləri üzrə gəlirləri, sahibkarlıq fəaliyyətindən gəlirləri və digər gəlirləri üzrə müvafiq xanalar mövcuddur. Borcalanın gəlirləri barədə məlumat aidiyyəti dövlət qurumlarının məlumat bazalarından ötürülür və ekranda əks etdirilir. Ekranda gəlirlər bölməsində xana boş olduğu, lakin borcalanın rəsmi sənədlərlə təsdiq olunan gəlirləri mövcud olduğu hallarda müvafiq məlumat xanalara daxil edilir.

Bu bölmənin xərclər hissəsində borcalanın öhdəliyində olan ailə üzvlərinin sayı, gəlirdən tutulmalar (mövcud qanunvericiliyə əsasən avtomatik qaydada hesablanır) və digər xərclər (digər kredit təşkilatları qarşısındakı öhdəlikləri, alimentlər və sair sabit xərclər) qeyd olunur.

"Birgə borcalanlar"

Borcalanın gəlirləri tələb olunan kredit məbləğinin götürülməsinə kifayət etmədiyi hallar üçün elektron kabinetdə "Birgə borcalanlar" bölməsi də yaradılıb. Burada birgə borcalan qismində borcalanın yaxın ailə üzvləri (bacı, qardaş, ata, ana, oğul, qız, baba, nənə) çıxış edə bilər. Birgə borcalanın cəlb edilməsi üçün onun da elektron imza əldə etməsi və əsas borcalan kimi elektron kabinetinin yaradılması tələb olunur. Burada borcalanların fərdi məlumatlarının qorunması, təhlükəsizliyi və onların yalnız razılığı ilə digər borcalana (birgə borcalan kimi çıxış etmək üçün) ötürülməsi OTP (One Time Password) adlı birdəfəlik şifrin verilməsi yolu ilə həyata keçirilir.

"İlkin qiymətləndirmə"

Bu bölmə ipoteka krediti üzrə müraciətin müvəkkil banklara göndərilməsinin yekun mərhələsidir. Burada borcalan müraciət etdiyi kreditin tipini (adi, güzəştli), güzəştli kateqoriyaya aid olduğu təqdirdə müvafiq kateqoriyanı, müraciət edəcəyi bankı, tələb olunan kreditin məbləğini, müddətini və alınan yaşayış sahəsinin əldə edilməsi üçün ilkin ödəniş məbləğini qeyd edir. Borcalan bu bölmədə tələb olunan məlumatları doldurduqdan sonra "hesabla" düyməsini sıxmaqla ona ayrıla biləcək kreditin ilkin şərtləri ilə tanış olur. Qeyd edək ki, borcalana ayrılacaq kreditin məbləği üzrə yekun qərar müvəkkil bank tərəfindən verilir.

"Qiymətləndiriciyə müraciət"

Borcalan kreditin verilməsinə dair müvəkkil bankdan ilkin razılıq aldıqdan və alacağı yaşayış sahəsini müəyyənləşdirdikdən sonra qiymətləndirmənin həyata keçirilməsinə başlaya bilər. Bu məqsədlə, elektron kabinetdə "Qiymətləndiriciyə müraciət" bölməsi də yaradılıb.

İnfo bölməsi

Bu bölmə daha çox informativ xarakter daşıyır. Belə ki, artıq ipoteka kreditindən yararlanan şəxslər bu bölmənin “Bildirişlər” alt bölməsində borcalan, kreditə müraciət anından kreditin bağlanmasınadək olan dövr ərzində onun elektron kabinetinə ünvanlanmış bütün bildirişlərlə tanış olur.

Rəsmiləşdirilmiş kreditlər üzrə tarixçəni, aktiv kredit üzrə əsas borc, faiz və hesablanmış cərimələr haqqında məlumatları “Kreditlər” alt bölməsində əldə etmək mümkündür. “Ödəniş cədvəli” alt bölməsində müştəri aktiv krediti üzrə real vaxt rejimində yenilənən ödəniş cədvəli ilə tanış ola və cədvəli çap edə bilər. Borcalan onunla bağlanmış həyat və əmlak sığorta müqavilələri üzrə məlumatlar, müqavilələrin elektron fotosurətləri, həmçinin sığorta haqlarının ödənilməsi üzrə ödəniş cədvəli ilə “Sığorta” alt bölməsində tanış ola bilər.

Qeyd edək ki, kredit və sığorta haqlarının ödənilməsi üçün elektron kabinetdə "Kreditin ödənişi" bölməsi də mövcuddur.

Cəbhəboyu ərazilərdəhərbi sursat, mərmi qalıqları və minalar aşkarlanıb - ANAMA (FOTO)
Cəbhəboyu ərazilərdəhərbi sursat, mərmi qalıqları və minalar aşkarlanıb - ANAMA (FOTO)
Bakıda ikimərtəbəli evdə yanğın olub
Bakıda ikimərtəbəli evdə yanğın olub
Hirkan Milli Parkında yanğın davam edir
Hirkan Milli Parkında yanğın davam edir
Loading Bars
Xəbər lenti
Braziliyada koronavirusa qarşı iki vaksinin istifadəsinə icazə verilib
Fransada koronavirusdan ölənlərin sayı 70 min nəfəri ötüb
"İnter" son 4 ildə ilk dəfə "Yuventusu" məğlub etdi
Britaniyada bir gündə koronavirusa 38 mindən artıq yoluxma qeydə alınıb
Cəbhəboyu ərazilərdəhərbi sursat, mərmi qalıqları və minalar aşkarlanıb - ANAMA (FOTO)
Qarabağda yaşanan hisslər hər sevgidən üstündür... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)
ÜST: Dünyada ötən sutka koronavirusa 683 mindən çox yoluxma qeydə alınıb
Fransada komendant saatını pozan 5,9 min nəfər cərimələnib
Bu gündən koronavirusa qarşı vaksinasiya başlayır
Bütün qapalı və açıq məkanlarda maska məcburidir - RƏSMİ
SMS icazə ləğv olundu - RƏSMİ
Azərbaycanda sərt karantin rejimi yumşaldıldı
Bakıda ikimərtəbəli evdə yanğın olub
Trampın reytinqi antirekordu yeniləyib
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı
Türkiyədə son sutkada koronavirusdan 8 812 nəfər sağalıb
ABŞ-ın yeni vitse-prezidenti yanvarın 18-də əvvəlki vəzifəsini tərk edəcək
Şəhid ailələrinə və müharibə əlillərinə qayğı bundan sonra da artacaq - Deputat
Amsterdamda polis nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edir
Hirkan Milli Parkında yanğın davam edir
Avstriya sərt karantin müddətini 7 fevrala qədər uzadır
Qara dənizdə batan Rusiya gəmisinin heyətindən 6 nəfər Türkıyə tərəfindən xilas edilib, daha dörd nəfər həlak olub
Şuşa fatehlərindən olan şəhid çavuş
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Füzulidə (FOTO)
Azərbaycanda 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib
Əhməd İsmayılov Elçin Şıxlının "Pressinq" verilişinin qonağı olub (VİDEO)
Azərbaycan və Türkiyə ordularının birgə təlimi keçiriləcək (FOTO/VİDEO)
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir (FOTO)
Murov dağı istiqamətində Ömər aşırımında yenidən azan səsləndirilir (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
MN səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətləri ilə bağlı məlumat yayıb (VİDEO)
Türkiyədə zəlzələ baş verib
Ünvanlı sosial yardım necə təyin edilir? (VİDEO)
Sumqayıtda arvadını boğaraq qətlə yetirən şəxs saxlanıldı
Rusiyada koronavirusa yoluxanların sayı 3,56 milyonu keçib
Daha iki qazimizə sosial dəstək işləri başlanılıb (FOTO)
Azərbaycanda qarşıdakı dövrdə tədrisin təşkili qaydaları gələn həftə açıqlanacaq
Bütün türk xalqları azad edilmiş ərazilərin dirçəlməsini təmin edəcəklər - TÜRKSOY-un baş katibi
MN-də yaradılmış komissiyalarda “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur - Anar Eyvazov
Təxris olunanların müraciətinə baxılması üçün daha 2 komissiya yaradılacaq - MN
Azərbaycan qələbəsi bütün türk ölkələri üçün çox böyük bir qələbədir - TDƏŞ Baş katibi
MN-də yaradılan komissiyada Bakı şəhəri üzrə 1751 müraciətə baxılıb - Anar Eyvazov
Sabahın hava proqnozu açıqlanıb
Dələduzlar kart məlumatlarınızı oğurlaya bilərlər - XƏBƏRDARLIQ
Ermənistan Ağdamda tarixi, dini abidələr talan edib, buna biganə qala bilmərik - Türk Mədəniyyət və İrsi Fondunun prezidenti
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Ağdama səfər edib (FOTO)
Dünyada sutka ərzində koronavirusdan 13 minə yaxın insan ölüb
Marginallar bu tarixi imtahanda da xalqımızın yanında ola bilmədilər - Deputat
Naxçıvan koridorunun regionda yaratdığı perspekivlər - Postblokada dövründə yeni inkişaf mərhələsi
SOCAR istiqrazları sahiblərinə növbəti dəfə $1.25 milyon dollarlıq gəlir gətirəcək
Əfqanıstanda güclü zəlzələ baş verib
Henri Deqlan Qran-Pri turnirində güləşçilərimiz 5 medal qazanıblar
Qubada ikimərtəbəli ev yanıb
NASA mütəxəssisləri Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqlarını keçiriblər
İndoneziyada baş verən bir sıra zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatıb
2021-ci ilin martına qədər koronavirus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlər xəbərdarlıq edib
Avstriya sərt karantin müddətini 24 yanvardan 7 fevral tarixinə qədər uzadacaq
Argentinada koronavirusun "Britaniya" ştammına ilk yoluxma hali aşkar edilib
Danimarkada "Cənubi Afrika" ştammına ilk yoluxma faktı qeydə alınıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 688 mindən çox artıb
Türkiyədə son sutkada koronavirusdan 8 005 nəfər sağalıb
Suraxanıda tikili yanıb
Fransada etiraz aksiyasında 12 polis xəsarət alıb (ƏLAVƏ OLUNUB)
Filippin Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb
Azərbaycanın ictimai həyatında gənclərin iştirakı
Hirkan Milli Parkında baş verən yanğın lokallaşdırıldı
Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib
Britaniyada son sutkada koronavirusdan 1295 nəfər ölüb
Zabratda qamışlıq ərazidə baş verən yanğın söndürülüb
Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub
Dövlət Yol Polisi: Müvafiq icazəsi olmayan şəxslər keçid postlarından buraxılmayacaqlar
Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclər bizə Zəfər yaşatdı - Deputat
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Göyçay rayonunda ev yanıb
Şamaxı rayonunda yaşıllıqların sahəsi daha da genişləndirilir (FOTO)
Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi təmin edilib (VİDEO)
Ötən il Azərbaycanın neft məhsulları ixracı artıb
Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib (FOTO)
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO)
Ağdam rayonunun Şelli kəndi (FOTO/VİDEO)
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
“Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
BŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib (FOTO)
Kəlbəcər qəbiristanlığında 27 ildən sonra azan səslənib (VİDEO)
Çində 5 gün ərzində xəstəxana tikilib
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb - STATİSTİKA
İranda 96 nəfər koronavirusdan ölüb
İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO)
Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, Azərbaycan həmişə bəşəri dəyərlərə qiymət verən humanist bir dövlətdir - Tamam Cəfərova
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
Bakının hansı rayonunda koronavirus daha çox yayılıb?
Prezidentin tarixi zəfəri: Bir zamanlar düşmənlərin “Yallı” getdiyi Cıdır düzünə artıq öz sahibləri qayıdıb
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr
Köçkünlərin azad edilən ərazilərimizə qayıdışı 3 mərhələdə ola bilər - İqtisadçı
Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib! (FOTO)
Gürcüstanda hakim partiyanın yeni sədri seçilib
Bütün xəbərlər