...

Barama Mərkəzinin “Media ilə Elm” müsabiqəsinə sən də qoşul

Telekommunikasiya Materials 27 Oktyabr 2017 15:25 (UTC +04:00)
Barama Media Mərkəzi gənclik üçün möhtəşəm şans olan "Science via Media" layihəsinə start verir.
Barama Mərkəzinin “Media ilə Elm” müsabiqəsinə sən də qoşul

Bakı. Trend:

Azercell və PAŞA Bankın dəstəyi ilə Bakı Dövlət Universitetində yerləşən, tələbələrin özünü inkişaf laboratoriyası Barama Media Mərkəzi gənclik üçün möhtəşəm şans olan "Science via Media" layihəsinə start verir!

Şirkətdən Trend-ə verilən məlumata görə, "Science via Media" layihəsi yarış formatında baş tutacaq və layihə elmi izahların media dilində topluma çatdırılmasıyla gənclərin elmə, təhsil, özünü inkişafa olan maraqlarını artırmağı hədəfləyir. 30 Sentyabrdan etibarən 1 ay 15 gün ərzində iştirakçı qəbulu davam edəcək, növbəti 10 günlükdə isə səsvermə ilə qiymətləndirmə keçiriləcək.

Müsabiqədə iştirak üçün başlıca şərt bu günə qədər dünya üzrə kəşf edilmiş və ya elmi araşdırmaları davam edən- kəşf mərhələsində olan hər hansı bir nəzəriyyənin, teoremin elmi açılışını 90 saniyəlik video çarxda izah etməli və bunu öz ideyalarınla ən yüksək səviyyədə tamaşaçıya anlaşıqlı etməyə çalışmaqdır.

"Science via Media" gəncləri monoton təhsil vərdişlərindən fərqli olaraq elmin praktiki və görünməyən sahəsinin işıqlandırılmasına cəlb edəcək, müsabiqə üçün hazırlanacaq video çarxlar vasitəsiylə həm müsabiqədə iştirak edəcək gəncliyin, həm də toplumun məlumatlanmasına və faydalanmasına töhfə verəcək.

Münsiflər heyəti və “”YouTube” kanalı üzərindən 50/50 formatında baş tutacaq səsvermədə qaliblər müəyyən ediləcək və ilk 3 yerin qalibi yüksək dəyərli xüsusi mükafat qazanacaqdır. Növbəti yerlərin sahibləri isə həvəsləndirici hədiyyələrlə təltif ediləcək.

Çəkilmiş video çarxlar [email protected] elektron ünvanına göndərilməli.

Materialların göndərilməsi üçün son tarix: 15.11.2017

Məqalədə:
Xəbər lenti

Xəbər lenti